16 Sentyabr 2022 21:55
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO baş katibi Yens Stoltenberq Ukraynada uzunmüddətli müharibəyə hazırlaşmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, alyans rəhbəri Ukraynanın rus qoşunlarına qarşı əks-hücumlarının çox effektli olduğunu bildirib.

Bununla belə, o, Ukraynanı uzunmüddətli perspektivə hazırlaşmağa çağırıb və qeyd edib ki, son uğurlar müharibənin başa çatması prosesinin başlaması demək deyil.

“Əlbəttə, Ukrayna silahlı qüvvələrinin ərazilərini geri ala bilməsi, eləcə də Rusiyanın mövqelərinə zərbələr endirməsi son dərəcə ümidvericidir. Eyni zamanda, başa düşməliyik ki, bu, müharibənin sonunun başlanğıcı deyil, uzun yola hazır olmalıyıq”, - Stoltenberq söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər