17 Sentyabr 2022 01:27
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Kiyevin mülki infrastruktura qarşı terror aksiyalarına kifayət qədər təmkinli reaksiya verir, lakin reaksiya hələlik belə olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

“Bəzi terror fəaliyyətləri və mülki infrastrukturumuza zərər vurmaq cəhdləri həyata keçirilir. Biz buna cavab olaraq həqiqətən kifayət qədər təmkinliyik. Lakin bunun da həddi var”, - Rusiya Federasiyasının başçısı bildirib.

Putin qeyd edib ki, Rusiya silahlı qüvvələri son vaxtlar bir neçə həssas zərbələr endirib və bu, xəbərdarlıq kimi qiymətləndirilməlidir: vəziyyət belə inkişaf edərsə, cavab daha ciddi olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər