7 Dekabr 2014 21:08
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Dövlət Televiziyası bu gün İsrailin Dimas qəsəbəsi və Dəməşq aeroportu yaxınlarında bir nöqtəni vurduğunu bildirib.

Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, İsrail Dəməşq beynəlxalq hava limanı yaxınlığındakı iki bölgəni hədəfə alıb.

Livanda yayılan və "Hizbullah"a yaxın olan "Əl Manar" televiziya kanalı da bu xəbəri yayıb.

Livan sərhədi yaxınlarında baş verən hücum zamanı ölən və ya yaralananlar olmayıb.

Dəməşq sakinləri olduqca güclü partlayış səsi eşitdiklərini bildiriblər.

İsrail tərəfi daha əvvəlki hücumlar zamanı olduğu kimi bu dəfə də hadisə ilə bağlı hər hansı bir açılama verməyib.

Nihad


Müəllif:

Oxşar xəbərlər