17 Sentyabr 2022 13:53
1 877
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti 2023-cü maliyyə ili üçün Cənubi Kiprə qarşı silah embarqosunu ləğv etdiklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə tərəfindən verilən açıqlamada qərar şiddətlə pislənilib.

Dövlət Departamentinin sözçüsü Ned Prays məlum qərarla bağlı açıqlama verib:

“Dövlət katibi Entoni Blinken Kipr Respublikasının 2023-cü maliyyə ilində müdafiə vasitələrinin təkrar ixracı və göndərilməsinin təsdiqlənməsinə icazə vermək üçün müvafiq qanunvericilik çərçivəsində lazımi şərtləri yerinə yetirdiyini təsbit edib və bu barədə Konqresə məlumat verib. Şərtlərə uyğunluq hər il qiymətləndirilir. Bu təsbit və sənədləşdirmə nəticəsində dövlət katibi 2023-cü maliyyə ilində Kipr Respublikası üçün müdafiə ticarəti sanksiyalarını ləğv edib”.

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin qərarına etiraz edib:

“ABŞ-ın 2020-ci ilin sentyabrında Yunan Kipri administrasiyasına qarşı silah embarqosunu ləğv etmək üçün qəbul etdiyi qərarın əhatə dairəsinin genişləndirilməsini şiddətlə qınayırıq. Şimali Kipr Türk Cümhuriyyəti rəsmilərinin sözügedən qərarla bağlı reaksiyasını tam dəstəkləyirik. Adada iki tərəfin bərabərliyi prinsipinə zidd olan və yunan tərəfini daha da uzlaşmaz edəcək bu qərar Kipr probleminin həlli istiqamətindəki səylərə mənfi təsir göstərəcək. Bu, adada silahlanma yarışına səbəb olacaq və Şərqi Aralıq dənizində sülh və sabitliyə zərər verəcək.

Biz ABŞ-ı bu qərarı nəzərdən keçirməyə və adada iki tərəfə qarşı balanslaşdırılmış siyasət yürütməyə dəvət edirik. Beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ, 1959-1960-cı illər müqavilələri ilə də təsdiqlənmiş Kipr türk xalqının suveren bərabərliyini və beynəlxalq statusunu qeydə almalı və buna uyğun davranmalıdır. Hər halda Türkiyə zəmanətçi ölkə olaraq Kipr türklərinin varlığını, təhlükəsizliyini və sülhünü təmin etmək üçün üzərinə götürdüyü tarixi və hüquqi məsuliyyətləri çərçivəsində lazımi addımları atmağa davam edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər