17 Sentyabr 2022 14:05
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarşıdan qış gəlir, amma bu, NATO-nun Ukraynaya hərbi dəstəyinə təsir etməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu NATO-nun hərbi komitəsinin rəhbəri admiral Rob Bauer Estoniyada NATO Baş Qərargah rəislərinin iclasını açarkən deyib.

“NATO ölkələri Ukrayna ordusuna nə qədər lazım olsa, o qədər dəstək verəcək. Qarşıdan qış gəlir, amma bu, dəstəyimizin önünü kəsməyəcək”, - Bauer bildirib.

Eyni zamanda o, bildirib ki, NATO yalnız alyansa üzv dövlətlərin vətəndaşlarını qoruyacaq:

“NATO-nun alyansın ərazisində yaşayan 1 milyard insanı qorumaq kimi müqəddəs missiyası var”.

NATO Baş Qərargah rəislərinin Estoniyada keçirilən görüşü Ukraynaya yardım, alyansın Rusiya sərhədlərində hərbi mövcudluğunun genişləndirilməsi və digər məsələlərə həsr olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər