“Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqları zamanı fikir ayrılıqları göz qabağındadır, amma tonundakı mülayimlik qalır”.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolz deyib.
“Mahiyyətcə baxışlar çox-çox fərqli olsa da, səsinin ton həmişə mülayimdir”, - kansler bildirib.
Şolz Putinlə danışıqlarda irəliləyişin olduğunu iddia edib: “Onunla son vaxtlar apardığım bütün söhbətləri ümumiləşdirsək, irəliləyiş var”.
Kansler anlaşmanın ola biləcəyi ehtimalını uzaq hesab etmədiyini söyləyib.