Almaniyada nəşr olunan "Şpigel" jurnalının “Almaniyanı çətin illər gözləyir” manşeti müzakirələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, nəşr qış aylarının yaxınlaşması ilə qaz tələbatının artması və enerji qiymətlərinin sürətlə yüksəlməsi səbəbindən böhran riski ilə üzləşən Almaniyada iflas narahatlıqlarının artmağa başladığını yazıb.
Məlumata görə, ən sıx əhalisi olan Almaniyada milyonlarla ev bu qış soyuqla üz-üzə qala bilər.