Fransa prezidenti Emmanuel Makron tərəfindən qurulan "İrəli, Republika" (LREM) rəsmi olaraq adını "Renessans" olaraq dəyişib.
Teleqraf.com xəbər verir ki, qərar partiyanın sentyabrın 17-də keçirilən qurultayında qəbul edilib.
"Renessans" klassik üslubda bir partiyaya çevrilib. Belə ki, "İrəli, Republika" partiyası həm sağı, həm də solçuları birləşdirən transpartiyalı siyasi hərəkat idi.