Hazırda müharibənin bitməsindən danışmaq çox tezdir.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Bu gün bu müharibənin sonunun yalnız silah təchizatı ilə bağlı şərtlərdən asılı olduğunu 100% qəbul edə bilərəm. Və yalnız bununla..." - Zelenski vurğulayıb.
O qeyd edib ki, yardımlar Ukraynanın qələbəsini sürətləndirəcək. /Axar.az/