ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ parlamentinə qarşıdan gələn aralıq seçkilərdə Demokratlar Partiyasının nəticələrindən asılı olmayaraq vəzifəsini tərk etməlidir.
Teleqraf.com Axar.az-a istinadən verir ki, bunu demokrat konqresmen Eliss Slotkin bəyan edib.
Onun sözlərinə görə, Konqresin aşağı palatasının rəhbərini dəyişməyin vaxtı çatıb:
“Bizim (Nümayəndələr Palatası – Red) rəhbərliyi dəyişməyin vaxtıdır. Rəhbərlikdə Nyu-Yorkdan və Kaliforniyadan hədsiz çox konqresmen var. Daha çox müxtəliflik görmək istərdim”.
Konqresmenlərin nöqteyi-nəzərindən Pelosi getməli, yerini ölkənin mərkəzi və şimal-şərq hissəsindən 12 ştatın daxil olduğu ABŞ-ın coğrafi bölgəsi olan Orta Qərbin nümayəndələrinə verməlidir.
Slotkinin vurğulayıb ki, ştatın bu hissəsindən olan seçicilərin buna ehtiyacı var.