“Ukrayna əraziləri Rusiya, Polşa, Macarıstan və Rumıniya arasında bölüşdürülməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Rumıniyanın keçmiş xarici işlər naziri Andrey Marqa “Demokratiyanın taleyi” kitabının təqdimatı zamanı deyib.
“Tamamilə müstəsna durumdayıq. Bu məqamda bütün məsuliyyətlə deyirəm ki, Ukraynanın sərhədləri qeyri-təbiidir. Ukrayna ərazilərini Macarıstana (Transkarpatiya), Polşaya (Qalisiya), Rumıniyaya (Bukovina) və Rusiyaya (Donbas və Krıma) verməlidir. Bunlar başqa ölkələrin əraziləridir”, - sabiq nazir söyləyib.
Marqa əlavə edib ki, müharibə ABŞ, Almaniya və Çinin Rusiya ilə danışıqlara başlamasıyla dayandırıla bilər.
Üstəlik, eks-nazir iddia edib ki, Ukraynada demokratiyadan söhbət gedə bilməz:
“Orada demokratiyaya hələ çox var. Orada partiyalara qadağalar var, televiziya kimlərinsə nəzarətindədir. Ölkəni pulla tərk edən çox imkanlı insanlar var. Onların pulla, hər şeylə getdiyi ölkə nə demokratik, nə də inkişaf etmiş ola bilər”.
Ukraynanın Rumıniyadakı səfirliyi Andrey Marqaya dərhal reaksiya verib və bu fikirlərini “qəbuledilməz” adlandırıb:
“Bu, Ukraynanın öz müstəqilliyini və bütün Avropanın təhlükəsizliyini qəhrəmancasına müdafiə etdiyi bir vaxtda kobud pozuculuqdur.
Avropanın bir demokratik dövlətinin keçmiş naziri Marqanın beynəlxalq hüququn əsas prinsiplərini, xüsusən də sərhədlərin toxunulmazlığını şübhə altına alan bəyanatlar verməsindən təəssüflənirik. Bu prinsiplərə tam hörmət etmək qitədə təhlükəsizliyin və sabitliyin əsasını təşkil edir”.