19 Sentyabr 2022 10:25
2 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

“PKK-YPG və FETÖ ilə mübarizəmizdə amerikalı dostlarımızdan müttəfiqlik ruhu ilə əməkdaşlıq etmələrini gözləyirik”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“PKK-YPG və FETÖ ilə mübarizəmizdə amerikalı dostlarımızdan müttəfiqlik ruhu ilə əməkdaşlıq etmələrini gözləyirik. FETÖ liderini və təşkilat üzvlərini Türkiyəyə təhvil verilməsi üçün Amerikanın aidiyyəti qurumları qarşısındakı səylərimizi diqqətlə həyata keçiririk.

Amerikadan gözləntimiz dinimizi terrorizmlə eyni yerə qoyan zehniyyətə və müsəlmanlara yönəlik ayrı-seçkilik addımlarına qarşı tədbirlər görməkdir. Ümid edirəm ki, qarşıdakı dövrdə ABŞ ilə əməkdaşlığımızı ümumi maraqlar əsasında inkişaf etdirərək, aramızda olan problemləri həll edə biləcəyik”, - Türkiyə lideri vurğulayıb.

Rusiya-Ukrayna müharibəsinə toxunan Ərdoğan söyləyib:

“Müharibəni diplomatiya yolu ilə başa çatdırmaq, bunun regional və qlobal miqyasda mənfi təsirlərini aradan qaldırmaq üçün səylərimizi davam etdirəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər