19 Sentyabr 2022 10:30
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Çinə səfər edib. O, orada təhlükəsizlik üzrə ikitərəfli məsləhətləşmələr aparacaq.

Teleqraf.com xəbər verir ki, Patruşev Çin Kommunist Partiyasının Mərkəzi Kkomitəsinin Siyasi Bürosunun üzvü Yanq Tszeçi ilə strateji sabitlik üzrə Rusiya-Çin məsləhətləşmələri, habelə ictimai təhlükəsizlik, ədalət və hüquq üzrə Rusiya-Çin məsləhətləşmələri keçirəcək.

Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında bu yaxınlarda keçirilən görüşdə əldə olunan razılaşmaların işlənməsi ilə bağlı məsələlərin, həmçinin təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinə yönəlmiş geniş spektrli mövzuların müzakirəsi aparılıb.

Bir neçə gün əvvəl Rusiya-Çin sammiti danışıqları keçirilib. Vladimir Putin və Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Özbəkistanda keçirilən sammitində bir araya gəlib. Çoxtərəfli görüşlərdən əlavə, ikitərəfli söhbət də olub. Görüşdə siyasət, iqtisadi və təhlükəsizlik məsələləri müzakirə edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər