Türkiyənin vitse-prezidenti Fuat Oktay ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvanda verdiyi açıqlamaları, bölgədəki gərginliyi azaltmaq üçün edilən diplomatik cəhdləri sabotaj kimi qiymətləndirib.
Teleqraf.com xəbər verir ki, Oktay Pelosinin Ermənistan və Azərbaycan arasında baş verənlərlə bağlı qərəzli açıqlamalarının diplomatik səyləri sabotaj etdiyini və qəbuledilməz olduğunu deyib.
O həmçinin Pelosinin açıqlamalarından sonra ABŞ-ı məsələ ilə bağlı mövqeyini müəyyən etməyə çağırıb.