Kraliça II Elizabetin dəfn mərasimi dövlət himninin səsləndirilməsi ilə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Vindzorda yerləşən Müqəddəs Georgi Kapellasında keçirilən dini mərasim başa çatıb.
Dəfn mərasimində ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın keçmiş Baş nazirləri Boris Conson, Tereza Mey, Devid Kemeron, Qordon Braun və digər rəsmi şəxslər iştirak edib.