Qırğızıstan və Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitələrinin sədrləri iki ölkə arasında sərhəddə vəziyyətin sabitləşdirilməsi və sülhün bərqərar edilməsi haqqında protokol imzalayıblar.
Teleqraf.com məlumatına görə, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev məlumat verib.
""Biz Tacikistanla protokol imzaladıq. Protokolun əsas mahiyyəti iki ölkə arasında vəziyyətin sabitləşməsi və sülhün bərqərar olması, vəziyyətin nizamlanması istiqamətində işlərin aparılmasıdır. Qırğızıstan tərəfdən mən, Tacikistan tərəfdən - Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saymumin Yatimov imzalayıb", - deyə o bildirib.