Meksikanın qərb sahillərində, Miçiokan ştatında 7,4 bal gücündə şiddətli zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, Milli Seysmologiya Xidməti zəlzələ ocağının 15 km dərinlikdə yerləşdiyini açıqlayıb.
Sunami təhlükəsi elan edilib.
Meksika Prezidenti Andres Manuel Lopez Obrador Tvitterdəki paylaşım edərək "Ciddi bir şey olmamasını diləyirik" deyə qeyd edib.