20 Sentyabr 2022 08:01
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Rusiya və Ukrayna arasında 200 hərbi əsirin mübadiləsinə dair razılıq əldə olunub.

Teleqraf.com-un məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə Rusiya və Ukrayna prezidentləri Vladimir Putinin Vladimir Zelenski ilə bir araya gətirməkdə israrlıdır:

"Bu liderləri bir araya gətirmək üçün israrlı arzumuz var. Hələ ki, bacarmamışıq, amma ümidimi itirmirəm".

Ərdoğan qeyd edib ki, Türkiyə həm Rusiya tərəfi, həm də Ukrayna tərəfi ilə danışıqlar aparır, nəticə əldə etməyə çalışır:

"Biz həm Putinlə, həm də Zelenski ilə danışıqlar aparırıq. Biz onlardan birinin tərəfini tutmaqla deyil, hər iki liderlə əlaqə saxlamaqla nəticə əldə etməyə çalışmalıyıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər