Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorka səfər edən Prezident Ərdoğan Dünya Yəhudi Konqresinin sədri Romald Lauderi qəbul edib.
Teleqraf.com xatırladır ki, Ərdoğan bu görüşdən əvvəl Amerika Yəhudi İcması Təşkilatlarının nümayəndələri ilə görüşüb.
Görüşdə bir sıra məsələlər müzakirə edilib. Qeyd olunur ki, görüş Türk evində baş tutub.