20 Sentyabr 2022 16:56
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi hazırda məqsədəuyğun deyil, çünki əvvəllər görülmüş tədbirlər hələ tam gücünü göstərməyib.

Teleqraf.com xəbər verir ki, bunu Avstriya Kansleri Karl Nehammer Nyu-Yorkda BMT Baş Assambleyasının sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Çoxlu sanksiyalar qəbul etmişik. İndi bu sanksiyaların təsirini görməliyik və bunlar gözlədiyimiz qədər təsirli olana qədər, məncə, yeni sanksiyalar haqqında düşünmək səhv olardı”, - kansler bildirib.

Bununla yanaşı, kansler qeyd edib ki, Qərbdə və Avstriya cəmiyyətində sanksiya yorğunluğunun əlamətləri var:

“Bəllidir ki, insanlar məyusdur, çünki indi sanksiyalar gözlədiyimiz effektə, yəni müharibənin sona çatmasına səbəb olmayıb”.

Nehammer onu da deyib ki, bu tədbirlər Rusiya iqtisadiyyatı üçün ciddi nəticələrə malikdir.

Onun sözlərinə görə, Vyana Rusiya qazına qoyulan embarqoya qarşıdır, çünki bu, Avstriyanın özünə də zərbə vuracaq. Kanslerin fikrincə, sanksiyaları qəbul edərkən, bunun iştirakçısı olan ölkələr özləri üçün nəticələri düşünməlidirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər