Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədəki vəziyyəti təhlükəli kimi qiymətləndirib.
Teleqraf.com xəbər verir ki, Belarus lideri bu səbəbdən ölkənin təhlükəsizlik və hərbi strukturlarını müharibə dövrünün normalarına uyğun hərəkət etməyə çağırıb.
“Vəziyyət çox ciddidir. Hətta deyərdim ki, təhlükəlidir. Heç bir halda bu durumu sadələşdirə bilmərik. Heç nədən qorxmaq lazım deyil. Müharibə standartlarına uyğun olaraq davranmaq lazımdır”, - Lukaşenko söyləyib.
Onun sözlərinə görə, ölkə ərazilərini vaxtında müdafiə etmək lazımdır.