20 Sentyabr 2022 21:33
1 883
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırkı vəziyyət donbaslıların öz taleyinin sahibi olmaq istədiyini təsdiqləyir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Xüsusi hərbi əməliyyatın əvvəlindən, ümumiyyətlə, ondan əvvəlki dövrdən deyirik ki, öz taleyini müvafiq ərazilərin xalqları həll etməlidir. Bugünkü vəziyyət onların öz taleyinin sahibi olmaq istədiklərini təsdiqləyir”, - XİN rəhbəri Donbasdakı tanınmamış respublikalarda Rusiyaya birləşməyə dair “referendum” keçirilməsi ilə bağlı xəbəri şərh edərkən bildirib.

Bundan əvvəl Donetsk və Luqanskdakı tanınmamış respublikalar bəyanat verərək, Rusiyaya birləşməyə dair “referendum” keçirəcəklərini bildiriblər. Eyni “referendum”un Ukraynanın başqa bir bölgəsində - rus ordusunun nəzarətindəki Xersonda keçiriləcəyi də bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər