İsveçrənin Türkiyəyə qızıl ixracatı avqust ayında 23 min 695 kiloqramla 9 ilin rekord nəticəsinə yüksəlib.
Teleqraf.com xəbər verir ki, İsveçrənin Türkiyəyə qızıl ixracı avqust ayında 2013-cü ilin iyun ayından bəri ən yüksək səviyyəyə çatıb.
İsveçrə gömrük idarəsinin məlumatına görə, avqust ayında Türkiyəyə ixrac 23 695 kq təşkil edib. İyul ayında Türkiyəyə 20 min 128 kq qızıl göndərilib.
Avqust ayında cəmi 121,25 kq qızıl ixrac edən İsveçrənin Çinə ixracı 37,807 kq olub. İyul ayında Çinə ixracat son 5,5 ilin ən yüksək səviyyəsi olan 80 min 149 kq-a çatdı.
Avqust ayında İsveçrənin Rusiyadan qızıl idxalı 5,7 ton, təxminən 320 milyon dollar olub. Rusiyadan idxal 2020-ci ilin aprelindən bəri ən yüksək səviyyəyə qalxıb, İsveçrə rəsmiləri isə Rusiya mənşəli qızılın Britaniyadan gəldiyini bildirib.
Hindistana ixrac iyulda 15.836 kq-dan avqustda 19.359 kq-a yüksəldiyi halda, Honq-Konqa ixrac 3.679 kq-dan 1.34 kq-a enib.