İtaliyada qarşıdan gələn seçkilərdə favorit kimi göstərilən İtaliya Qardaşları Partiyasının (FdI) nasist lideri Adolf Hitlerə heyran olduğunu bildirən partiya üzvünün namizədliyi dayandırılıb.
Teleqraf.com İtaliya mediasına istinadla xəbər verir ki, Giorgia Meloni başçılıq etdiyi FdI administrasiyasının Hitleri “xeyirxah” olaraq xarakterizə etdiyi üzə çıxdıqdan sonra partiyanın Siciliya adasındakı Aqrigento əyalətindəki koordinatoru Kalogero Pisanonu partiyadakı bütün vəzifələrindən uzaqlaşdırıb.
Pisanonun seçkilərdə namizədliyi də partiya rəhbərliyi tərəfindən dayandırılıb. Pisanonun paylaşımları başda Roma Yəhudi İcması olmaqla sol kəsimlərin reaksiyasına səbəb olsa da, icmanın rəhbəri Rut Dureqhell bildirib ki, seçkilərdən sonra Hitlerə "salam" verən bir şəxsin parlamentdə olacağı fikri qəbuledilməzdir.
İtaliyada seçki qanunvericiliyinə əsasən, seçkilərə 15 gün müddət qalana qədər heç bir rəy sorğusu dərc edilmir. Sentyabrın 10-da elan edilən sorğuların bəziləri Giorgia Meloninin başçılıq etdiyi faşist təmayüllü ifrat sağçı FdI, Salvininin rəhbərlik etdiyi Liqa Partiyası və sabiq baş nazir Berluskoninin rəhbərlik etdiyi partiya mərkəz-sağ ittifaqın şanslarını yüksək qiymətləndirir.
Sentyabrın 25-də keçiriləcək seçkilərdə sağçı alyans qalib gələrsə, Meloninin ölkənin ilk qadın baş naziri olacağı gözlənilir.