Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell Ukrayna ərazilərində “referendum” keçirmək niyyətinə görə Rusiya Federasiyasına qarşı yeni sanksiyalar vəd edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Borrellin Avropa Xarici Fəaliyyət Xidmətinin saytındakı bəyanatında deyilir.
O qeyd edib ki, Avropa İttifaqı legitim Ukrayna hökumətinə zidd olan, Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü pozan, beynəlxalq hüququn kobud şəkildə pozulması kimi nəzərdə tutulan bu qanunsuz “referendumu” qətiyyətlə pisləyir: “Bu cür hərəkətlərin nəticələri öz əksini tapacaq. Avropa İttifaqı və onun üzv ölkələri tərəfindən tanınmayacaq”.
Borelli bəyan edib ki, Rusiya, onun siyasi rəhbərliyi və Ukraynada bu “referendumlar”da və digər beynəlxalq hüququn pozulmasında iştirak edən bütün şəxslər məsuliyyətə cəlb olunacaq və Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlərə baxılacaq.