21 Sentyabr 2022 13:35
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin yüksək rütbəli hərbçisi bu həftənin əvvəlində Pakistanla sərhəddə yerləşən Sistan-Bəlucistan əyalətində öldürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.

Məlumata görə, Əli Məhəmmədi adlı əməliyyatçı Cənubi Xorasan vilayətində yerləşən “Ənsar ər-Rza” korpusunun hərbçisi olub.

Bu, son aylarda SEPAH sıralarında baş verən çoxsaylı ölüm hallarının sonuncusudur.

İyun ayında SEPAH-ın Aerokosmik Qüvvələrinin iki əməkdaşının öldürüldüyü açıqlanıb. May ayında isə İran ordusunun mühəndisi öldürülüb. “Nyu-York Tayms” həmin şəxsin dronla vurulduğunu yazıb.

Qeyd edək ki, dünəndən İran və Güney Azərbaycanın iri şəhərlərində dini-siyasi rejimə qarşı kütləvi etiraz aksiyaları başlayıb. Etirazçılar rejimin istefasını və qadınlara məcburi hicab tələbinin qadağan edilməsini tələb edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər