21 Sentyabr 2022 20:43
2 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova Prezidenti Maya Sandu Ukraynadakı vəziyyəti müzakirə etmək üçün sentyabrın 24-də Ali Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Şura üzvləri Ukraynadakı hərbi əməliyyatlar kontekstində regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Sandunun Təhlükəsizlik Şurasının iclasını çağırması Rusiyada qismən səfərbərlik elan edilməsindən sonraya təsadüf edib. Qeyd edək ki, Prezident Vladimir Putin bu gün səhər saatlarında Ukrayna ilə müharibə çərçivəsində Rusiyada qismən səfərbərlik elan etdiyini açıqlayıb.

Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra Moldovada fövqəladə vəziyyət tətbiq edilib. Qərar hələ də qüvvədədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər