Rusiya prezidenti Vladimir Putinin xalqa müraciətində qismən səfərbərlik elan etməsinə NATO sərt reaksiya verib.
Teleqraf.com-un məlumatına görə, NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Prezident Putinin açıqlamaları müharibənin onun planlarına uyğun getmədiyini göstərir.
Dünyada mümkün nüvə müharibəsi ehtimalına toxunan Stoltenberq bildirib ki, heç vaxt nüvə müharibəsi olmamalıdır: "İndiyədək Rusiyanın nüvə mövqeyində heç bir dəyişiklik olmayıb".
O əlavə edib ki, NATO heç vaxt Putin kimi nüvə ritorikası ilə məşğul olmayacaq.
Rusiyaya qarşı mübarizənin uzun çəkə biləcəyini ifadə edən Stoltenberq, “Bu vəziyyətə hazır olmalıyıq”, - deyə qeyd edib.