Polşada ABŞ və Böyük Britaniya silahlı qüvvələrinin də iştirak etdiyi “Ayı 22” birgə hərbi təlimi başlayıb.
Teleqraf.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin xalqa müraciətində qismən hərbi səfərbərlik elan etdiklərini açıqlayıb.
Bu bəyanat müharibənin yaxın günlərdə yenidən şiddətlənəcəyindən xəbər verirdi.
Digər tərəfdən, Amerika və Avropa ölkələri Rusiyaya qarşı hərəkətə keçib. Rusiyanın qismən hərbi səfərbərlik elanından sonra Polşada ABŞ və İngiltərə silahlı qüvvələrinin də iştirak etdiyi “Ayı 22” birgə hərbi təlimi başlayıb.
Təlimlərdə Polşa, ABŞ və Böyük Britaniya silahlı qüvvələri iştirak edir.