Rusiyada səfərbərliyə qarşı etiraz aksiyaları keçirilir.
Teleqraf.com xəbər verir ki, aksiyalar zamanı 1026-dan çox adam saxlanılıb.
38 şəhərdə həbslər olub.
Moskva prokurorluğu şəhər sakinlərini mitinqlərdə iştiraka, onu təşkil etməyə və ya etirazlara çağırışa görə inzibati cəza və 15 ilə qədər həbs cəzası ilə hədələyib.
Xatırladaq ki, Prezident Vladimir Putin sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edib.