“Biz Putinin nüvə silahı ilə bağlı bəyanatını ciddi qəbul etməliyik”.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı bəyanatını şərh edən ABŞ rəsmisi bildirib ki, bunu “çox ciddi qəbul edir” və Rusiyanın nüvə silahının yerləşdirilməsini diqqətlə izləyirlər.
“Biz həmişə belə söhbətlərə ciddi yanaşmalıyıq. Nüvə gücü haqqında bu şəkildə danışmaq məsuliyyətsizlikdir, lakin bu, son 7 ayda danışdığımızdan fərqli deyil və biz bunu çox ciddi qəbul edirik. Biz onların strateji yerləşdirmələrini müşahidə edirik. Lazım gələrsə öz strateji yerləşdirmələrimizi həyata keçirmək üçün əlimizdən gələn qədər onların strateji yerləşdirmələrini izləyirik”, - Kirbi bildirib.
ABŞ rəsmisi əlavə edib ki, hazırda bunun zəruri olduğuna dair heç bir işarə müşahidə etmirlər.