ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Ukrayna ilə Rusiya arasında hərbi əsir mübadiləsinə vasitəçilik etdiyi üçün Türkiyəyə təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, Sallivan Tvitter hesabında Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsi ilə bağlı açıqlama verib.
“Türkiyə hökumətinə taxıl anlaşmasının imzalanmasında oynadığı liderlik roluna, eləcə də Ukrayna ilə Rusiya arasında əsir mübadiləsində vasitəçiliyinə görə təşəkkür edirəm”, - Amerika rəsmisi bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Zelenski ilə apardığı diplomatik danışıqlar nəticəsində Rusiya ilə Ukrayna arasında 200 hərbi əsir dəyişdirildiyini açıqlayıb.