22 Sentyabr 2022 13:09
1 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin ciddi siyasi riskə gedir, çünki onun elan etdiyi qismən səfərbərlik ölkə vətəndaşları üçün cəlbedici olmayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin hərbi kəşfiyyat məlumatında bildirilib.

İngilis kəşfiyyatına görə, Rusiya döyüşlərə cəlb etməyi planlaşdırdığı 300 minlik ehtiyat hərbçi üçün maddi-texniki və inzibati problemləri də həll etməli olacaq.

“Çox güman ki, Rusiya aylarla döyüşə hazır ola bilməyəcək bu hərbçilər sayəsində yeni birləşmələr yaratmağa çalışacaq”, - məlumatda deyilib.

İngilis kəşfiyyatçıları hesab edirlər ki, Rusiyada səfərbərlik əhali arasında son dərəcə qeyri-populyar olacaq:

“Hətta bu qismən səfərbərlik çox güman ki, Rusiya əhalisinin bir hissəsi üçün çox xoşagəlməz olacaq. Putin çox ehtiyac duyulan döyüş gücünü təmin edəcəyi ümidi ilə ciddi siyasi riskə gedir”.

Həmçinin bildirilib ki, Putinin bu addımı əslində Rusiyanın Ukraynada döyüşən canlı qüvvəsinin tükəndiyinin etirafıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər