“Rusiyaya qatılan torpaqları qorumaq üçün istənilən silahdan, o cümlədən nüvə silahından istifadə etmək olar”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının (SB) sədr müavini Dmitri Medvedyev bildirib.
Medvedyev “Qərb və ümumilikdə bütün NATO ölkələri Rusiyanın öz yolunu seçdiyini başa düşməlidir” deyərək Qərbi növbəti dəfə qorxudub.
Ötən dövrdə İsveç və Finlandiyanın NATO-ya üzv olacağı təqdirdə Moskvanın bu təhdidlərə qarşı tədbir görməli olacağını bildirən Medvedyev Rusiyanın bölgəyə İsgəndər raketləri, hipersəs silahları və nüvə bombaları ilə gəmilər göndərə biləcəyini eyham edərək aşağıdakıları bildirmişdi:
“İsveç və Finlandiyanın NATO üzvü olduğu bir şəraitdə Baltikyanı regionun nüvəsiz statusundan danışmaq mümkün deyil”.
Medvedyev həmçinin xəbərdarlıq edib ki, Ukrayna Rusiyaya hücum etmək üçün ABŞ-ın verdiyi raketlərdən istifadə edərsə, Moskva qərbdəki şəhərlərə hücum edəcək.