Son günlər qalmaqallı açıqlamaları ilə davamlı olaraq Türkiyəni hədəfə alan Yunanıstan baş naziri Kiriakos Mitsotakis növbəti dəfə gündəmə gəlib.
Teleqraf.com xəbər verir ki, Yunanıstanın baş naziri Türkiyəni nəzərdə tutaraq “Yunanıstanı immiqrasiya mövzusunda insanlığa qarşı cinayət törətməkdə ittiham etmək ağlasığmazdır” deyib.
Türkiyənin qaçqınlardan silah kimi istifadə etdiyini iddia edən Mitsotakis Yunanıstanın dənizdə təhlükə altında olan on minlərlə insanı xilas etdiyini, sərhədlərini öz öhdəliyi kimi qoruduğunu və eyni zamanda təməl insan haqlarına hörmət etdiyini bildirib.
Bundan başqa, Yunanıstan baş naziri Mitsotakis Nyu-Yorkda görüşdüyü İsrailin baş naziri Yair Lapidə də Türkiyədən şikayət edib.