22 Sentyabr 23:27
1 615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pekin Ukrayna münaqişəsi ilə bağlı qeyri-aktiv mövqedə qalmaq niyyətində deyil.

Teleqraf.com xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin rəhbəri Van Yi Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell ilə görüşündə deyib.

Görüş BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində baş tutub.

Nazir vurğulayıb ki, Çin Ukrayna münaqişəsinin daha da gərginləşməsinə töhfə vermək niyyətində deyil: "Çin boş oturmayacaq, biz öz rolumuzu oynamağa davam edəcəyik".

Çin diplomatik departamentinin rəhbəri əlavə edib ki, Pekin Ukrayna münaqişəsinin həllində və sülhün əldə olunmasında vasitəçi kimi çıxış edən dövlətləri dəstəkləyir.


Müəllif: Teleqraf.com