Ermənistanın Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu barədə “Vətəndaş Müqaviləsi” Partiyası məlumat yayıb.
Qeyd edək ki, Paşinyan və Mirzoyan BMT Baş Assambleyasının 77-ci sessiyası ilə əlaqədar Nyu-Yorkdadırlar.