23 Sentyabr 2022 11:59
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Zəncan şəhərində keçirilən etiraz aksiyaları zamanı iki azərbaycanlı gənc həlak olub.

Teleqraf.com xəbər verir ki, gənclərin etirazları dağıtmaq üçün müdaxilə edən İran təhlükəsizlik qüvvələrinin açdıqları atəş nəticəsində həyatlarını itirdikləri bildirilir.

Güllə yarası alan Mehdi Musəvi və Mehrdad Qurbanini xəstəxanaya çatdırmaq mümkün olmayıb. Gənc fəallar hadisə yerində həyatlarını itiriblər.

Bir neçə gündür İran və Güney Azərbaycanın iri şəhərlərində molla rejiminə qarşı etiraz aksiyaları keçirilir. Etirazçılar molla rejiminin istefasını və məcburi hicabın ləğvini tələb edirlər.

Güney Azərbaycanın Təbriz, Ərdəbil və Zəncan kimi şəhərlərində keçirilən aksiyalarda “Müstəqillik” şüraları da səsləndirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər