23 Sentyabr 2022 16:40
1 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin hələ fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparmağı planlaşdırmır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

Rusiya rəsmisi Parisdən belə təşəbbüs gəlmədiyini vurğulayıb:

“Hələlik danışıqların təşkili ilə bağlı heç bir təşəbbüs olmayıb. Yəqin ki, Fransa prezidenti ilk növbədə Nyu-Yorkdan vətənə qayıdacaq. Onda bəlkə də dediyi təşəbbüs ardınca gələcək. Hələlik qrafikdə razılaşdırılmış danışıq yoxdur”.

Bundan əvvəl Makron yaxın günlərdə Putinlə telefon danışığı aparacağını gözlədiyini bildirib. Liderlər sonuncu dəfə sentyabrın 11-də telefonla danışıblar. Makron Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər