“ABŞ cəhənnəmə gedir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın sabiq prezident Donald Tramp "Fox News" kanalına deyib.
“Mən bu ölkədə respublikaçılar, demokratlar, liberallar və ya mühafizəkarlardan daha vacib olan güclü liderlik görmək istəyirəm. Ölkəmiz cəhənnəmə gedir, millət tənəzzül içindədir”, - Tramp bildirib.
O, 2024-cü ildə namizədliyini irəli sürəcəyi ilə bağlı fərziyyələri təsdiqləməkdən imtina edib.