Ötən günlərdə İranda keçirilən etiraz aksiyalarında 17 nəfər ölüb, 95 nəfər yaralanıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, ölənlər arasında hüquq-mühafizə orqanlarının əməkdaşları da var.
Qeyd edək ki, Tehranda 22 yaşlı Məhsa Əmininin polis əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq 19 sentyabrdan İranın bir neçə şəhərində aksiyalar keçirilir.