24 Sentyabr 2022 02:05
2 931
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ heç vaxt Ukrayna ərazilərini Rusiyanın bir hissəsi kimi tanımayacaq. Rusiya referendumları uydurmadır".

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden bildirib.

"Rusiya referendumları isə Ukraynanın bəzi ərazilərini güc yolu ilə ilhaq etməyə cəhd üçün saxta bir bəhanədir və bu, beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsinin kobud şəkildə pozulması deməkdir"- Bayden deyib.

O bildirib ki, ABŞ indiyədək Ukraynaya 25 milyard dollardan çox yardım edib.

"Biz müharibənin bitməsini istəyirik. Sanksiyalarımız açıq şəkildə Rusiyaya qarşı yönəlib. Bununla belə, o, Rusiyanın ərzaq ixracı üçün nəzərdə tutulmayıb. Biz taxıl dəhlizində limanların sayını artırmalıyıq. Dünyadakı ərzaq problemləri Rusiyanın üzərinə düşür. Qida təhlükəsizliyi ilə bağlı işimizi davam etdirəcəyik. Hamımız güclü olmalıyıq. Ukraynanın hüquqları qalan suveren ölkələrin hüquqları ilə eynidir. Biz Rusiyanın təcavüzünə qarşı çıxacağıq. Demokratiya ilə avtokratiyalar arasında mübarizə gedir. Burada biz demokratiyaya əsaslanan baxışı müdafiə edirik. Demokratiya bizim ən mühüm hədəfimizdir”, - Prezident qeyd edib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər