24 Sentyabr 2022 20:14
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı Misir prezidenti Əbdülfəttah Sisiyə müxalif olan şəxsləri saxladıqdan sonra Qahirəyə deportasiya edib.

Teleqraf.com xəbər verir ki, 61 yaşlı misirli dissident Ayman Şöhum 2014-cü ildən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yaşayır və özəl məktəbdə ərəb dilini tədris edirmiş.

May ayında Səudiyyə Ərəbistanı səlahiyyətliləri Şohumu “Müsəlman Qardaşlar”ın (İhvan) keçmiş üzvü olduğunu əsas gətirərək ifadə verməyə çağırıb.

Eymen Şöhumun oğlu Mahmud Şöhum Səudiyyə Ərəbistanının atasını sentyabrın 20-də Misirə deportasiya etdiyini bildirib. Bildirilir ki, 61 yaşlı Şöhum siyasi baxışlarına görə Misirdə mühakimə olunacaq və ömürlük həbs cəzası ala bilər.

“Atam Səudiyyə Ərəbistanında təxminən 4 aya yaxın həbsxanada qaldıqdan sonra sentyabrın 20-də Əl Mənsuradakı təcridxanaya göndərildi”,- Mahmud Şöhum deyibş

Mahmud Şohumun sözlərinə görə, Səudiyyə rəsmiləri may ayında saxlanılan Eymen Şohumla bağlı Misirdə axtarış elan olduğunu, ömürlük həbs cəzasına məhkum edildiyini və İnterpol tərəfindən həbsə order verildiyini deyib.

Qeyd edilir ki, Ayman Şöhum keçmiş prezident Hüsnü Mübarəkin dövründə İhvan üzvü olduğu üçün həbs edilib. Sisi hakimiyyətə gəldikdən sonra təzyiqlərə məruz qalıb və 2014-cü ilin əvvəlində Misir təhlükəsizlik qüvvələrinin onu həbs etməyə cəhd etməsindən sonra ölkəsini tərk edib.


Müəllif: Nemət

Oxşar xəbərlər