24 Sentyabr 2022 19:58
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya Şimali Koreyanın sualtı qayıqdan ballistik raket atmağa hazırlaşdığına dair işarələr aşkar etdiyini bildirib.

Teleqraf.com xatırladır ki, bu il ardıcıl olaraq həyata keçirdiyi raket sınaqları ilə bölgədə gərginliyə səbəb olan Şimali Koreyanın sualtı qayıqdan ballistik raket atmağa hazırlaşdığı iddia edilib.

Cənubi Koreya Prezident Aparatından verilən açıqlamada Pxenyanın sualtı qayıqdan ballistik raket atmağa hazırlaşdığına dair işarələrin olduğu qeyd edilib. Cənubi Koreya Baş Qərargahı Pxenyanın sahil şəhəri Sinpoda hazırlıqlarının təsbit edildiyini açıqlayıb.

Bu hazırlığın ABŞ-ın birgə təlimlər çərçivəsində Cənubi Koreyaya bir təyyarədaşıyan gəmi göndərməsindən dərhal sonra gəldiyi qeyd edilib.

BMT sanksiyalarına və beynəlxalq ictimaiyyətin reaksiyalarına baxmayaraq, Pxenyan administrasiyası bu il 18 raket sınağı həyata keçirib. Cənubi Koreya və ABŞ 2017-ci ilin sentyabrından bəri nüvə sınağı keçirməyən Şimali Koreyanın 7-ci nüvə sınağını keçirməyə hazırlaşdığına dair işarələrin olduğunu açıqlayıb. ABŞ-ın vitse-prezidenti Kamala Harrisin gələn həftə Cənubi Koreya və Yaponiyaya səfəri zamanı Şimali Koreyanın nüvə sınağı keçirə biləcəyi iddia edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər