Qərb hər yerdə blok qarşıdurması şəklində bölücü xətlər tətbiq edir: "ya bizimlə, ya da bizə qarşı". Üçüncü yol, güzəştlər yoxdur.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 77-ci sessiyasında deyib.
Onun sözlərinə görə, Qərb Rusiyanı müstəqil siyasi kursuna görə parçalamaq istəyir.
Lavrov qeyd edib ki, ABŞ və Avropa İttifaqı Rusiyaya taxıl və gübrə ixracı üçün yaratdığı maneələri aradan qaldırmayıb.