25 Sentyabr 2022 21:00
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ və Rusiya arasında hələ də qaynar xətt var və son günlər iki ölkənin yüksək rütbəli rəsmiləri əlaqə saxlayırlar".

Teleqraf.com xəbər verir ki, bunu ABŞ -ın milli təhlükəsizlik müşaviri Jake Sullivan NBC telekanalına bildirib.

“Bəli, bizim birbaşa yüksək səviyyədə danışmaq, siqnallarımızı onlara aydın şəkildə göndərmək və onların siqnallarını qəbul etmək imkanlarımız var. Bu, son aylarda və hətta son günlərdə tez-tez baş verir”, o, jurnalistin sualını cavablandırarkən deyib.

Sallivan qeyd edib ki, ABŞ Kremllə danışıqların vaxtı və məzmunu ilə bağlı məlumatların məxfiliyini diqqətlə qoruyur.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Newsweek” jurnalına müsahibəsində bildirib ki, ABŞ-ın xüsusi hərbi əməliyyat keçirməsinə “çılğın” reaksiyası Rusiya ilə Qərbin qarşılıqlı fəaliyyətinin bütöv bir mərhələsinin üstündən xətt çəkib.

Onun sözlərinə görə, yaxın gələcəkdə Qərb dövlətləri çətin ki, biznes tərəfdaşları kimi özlərinə inamı bərpa edə bilsinlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər