Ukrayna Luqansk vilayətinin Rusiyanın nəzarətində olan rayonlarına zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Facebook-da Luqansk vilayətinin nümayəndəsi Serqiy Qaydai məlumat verib.
Onun sözlərinə görə, partizanlar Şçastyadakı kollapatorların “seçki məntəqəsini” yandırıblar.
Svatovski rayonunda rusların kazarmaları vurulub, Alçevskdə silah-sursat anbarı dağıdılıb.