Ermənistanın Kürdüstan Fəhlə Partiyasının(PKK) iki üzvünü Türkiyəyə ekstradisiya etməsi İrəvanda və terror təşkilatında narazılıqla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, PKK bu təşkilatın iki üzvünün Türkiyəyə ekstradisiyasına görə Ermənistanı beynəlxalq qanunlarını pozmaqda ittiham edib.
Atilla Çiçək və Hüseyn Yıldırım adlı terrorçular artıq Türkiyəyə təhvil verilib.
“Lehenk” və “Əlişir” adlı PKK döyüşçüləri 2021-ci ilin avqustunda Ermənistan sərhədində saxlanılıb. Onlara qarşı ittiham irəli sürülüb.
2022-ci il fevralın 23-də onlar Ermənistanın Apellyasiya Məhkəməsi tərəfindən azadlığa buraxılıb.
Amma erməni xüsusi xidmət orqanları onları kürdləri yenidən saxlayıblar. Onlara lazımi tədbirlər görüldükdən sonra azadlığa buraxılacağı vəd edilsə də, təxminən bir ay əvvəl onların Türkiyəyə ekstradisiya ediləcəyi bəlli olub.
Bundan əvvəl müxalifətçi deputat Qeqam Manukyan Ermənistanın iki PKK terrorçusunu Türkiyəyə təhvil verdiyini bəyan edib. Onun sözlərinə görə, ekstradisiya Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) ilə Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) arasında əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Datalex.am məhkəmə-informasiya sistemində dərc olunan məlumata görə, 2021-ci ildə Ermənistanda Çiçək və Yıldırım 2021-ci il avqustun 16-da Ermənistan sərhədini qanunsuz keçməkdə və ölkəyə qaçaqmalçılıq yolu ilə silah və sursat keçirməkdə ittiham olunublar. Zəngəzur vilayətinin birinci instansiya məhkəməsi 2022-ci ilin yanvarında hər ikisini pulları müsadirə olunmaqla 7 il müddətinə azadlıqdan məhrum edib. Daha sonra Apellyasiya Məhkəməsi PKK-nın hər iki üzvünün həbs cəzasını azaldıb, onları 3 il sınaq müddəti ilə şərti cəza ilə əvəz edib.
Türkiyə mənbələri də iki terrorçunun tutularaq ölkəyə gətirildiyini bildirir. Lakin Türkiyə mediası hüquq-mühafizə orqanlarına istinadən Ermənistanın adını çəkməyib.