25 Sentyabr 2022 21:58
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya prezidenti Miloş Zeman hesab edir ki, səfərbərlikdən gizlənməyə çalışan ruslar təhlükəsizliyə təhdid yaratmır. O, belə adamları ukraynalı qaçqınlarla müqayisə edib. Prezidentin sözlərinə görə, Çexiya Rusiya Federasiyasının belə vətəndaşlarına viza verməlidir.

Teleqraf.com xəbər verir ki, Zeman bu barədə "CNN Prima News" portalına bildirib .

"Hesab edirəm ki, biz bu insanlara ukraynalı qaçqınlar kimi viza verməliyik. Rusiyadan qaçan şəxs təhlükəsizliyə təhlükə yaratmır", - Çexiya prezidenti deyib.

Zeman Rusiyada potensial hərbi çevrilişlə bağlı da fikirlərini bölüşüb. Onun sözlərinə görə, rus zabitləri siyasi dəyişikliklərin təşəbbüskarına çevrilə bilməyəcəklər.

"Hərbçilər heç bir dəyişikliyə başlamayacaqlar. Onların biznes imkanları sanksiyalarla məhdudlaşdırılıb.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albare də döyüşməkdən yayınmağa çalışan Rusiya vətəndaşlarına viza verilməsinin tərəfdarı olduğunu bildirib .

Latviya isə hərbi xidmətdən yayınan ruslara viza verməyəcəklərini açıqlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər