İranda polis etirazçı qadınlara atəş açıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Bundan başqa, etirazlar zamanı hökumət qüvvələri gözyaşardıcı qazla 29 yaşlı qızı sinəsindən güllələyiblər. Hazırda həmin qadının ağır yaralı olduğu bildirilir.
6 güllə yarası alan 20 yaşlı Hadis Najafi adlı qadının isə həyatını itirdiyi qeyd olunur. Onun Cənubi Azərbaycandan olduğu bildirilir.